• VI fəsil • Canlılar və ətraf mühit • 6 B İOLOJİ MÜXTƏLİFLİYİN SAXLANILMASI. AZƏRBAYCANDA EKOLOJİ PROBLEMLƏR Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı ilə əlaqədar insan
fəaliyyətinin ətraf mühitə mənfi təsiri artmış və təbii sərvətlər həddindən artıq
istismar olunmuşdur.
Ekoloji standartlar. İnsan fəaliyyəti nəticəsində təbiətə güclü mənfi təsir gös-
tərilir. Belə ki, hər bir istehasal növü müəyyən tullantılarla bağlıdır. Bunlara sənaye
və avtonəqliyyatın xaric etdiyi tullantılar aiddir.
Təbiətin mühafizəsi istiqamətində əsas tənzimləyici normativ sənədlər ekoloji standartlar (ekoloji normalar) qəbul olunmuşdur. Ətraf mühitin vəziyyətini qiymət-
ləndirmək və müxtəlif tullantıların insan orqanizminə göstərə biləcək təsirini müəy-
yən etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı hər bir çirkləndirici maddənin
yolverilən qatılıq həddini müəyyən etmişdir. Bu hədd maddələrin insan orqanizminə
mənfi təsir göstərməyən maksimal konsentrasiyalarıdır. Əgər hər hansı bir maddənin
miqdarı yolverilən konsentrasiya həddini aşarsa, bu zaman o, insan orqanizmi üçün
təhlükə mənbəyinə çevirilir.
Otaqda 0,5 m
3
havanın tərkibində 0,05 q ammonyak müəyyən olunmuşdursa, obyektin ekoloji
vəziyyətini qiymətləndirin. Ammonyakın yolverilən qatılıq həddi (YQH) 0,2 mq/m
3
-ə
bərabərdir. Qazın otaqdakı tərkibini YQH ilə müqayisə edərək hesablama aparmaqla