184
Talassemiya xəstəliyinin iki forması var.
Bunlardan birincisi
talassemiya daşıyıcılığıdır.
Belə insanlar zahirən tamamilə sağlam olsalar
da, özlərində xəstə geni daşıyır və onları irsən öz
uşaqlarına ötürə bilirlər. Talassemiya genini
yalnız bir valideyndən alan uşaq talassemiyanın daşıyıcısına çevrilir. Belə uşaqlarda
yüngül formada qanazlığı olsa da, onlarda ciddi müalicə tələb olunmur və qanda
dəmirin miqdarı, adətən, normada olur.
Talassemiyanın ikinci ən ağır forması
böyük talassemiya adlanır. Böyük talas-
semiyaya bu xəstəlik genini hər iki valideyndən alan uşaqda rast gəlinir. Bu, erkən
uşaqlıq dövründə inkişaf edən ağır irsi qan xəstəliyi hesab edilir. Talassemiya ilə
doğulmuş uşaqlarda xəstəlik müəyyən müddət ərzində gizli keçir və 4 aylığına kimi
onda heç bir xəstəlik halı müşahidə edilmir. Bu aylardan etibarən xəstə uşaqların
qanında hemoqlobinin miqdarı azalmağa başlayır. Nəticədə qanda oksigen çatış-
mazlığı səbəbindən onlar tez yorulur, rəngləri solur, iştahları və yuxuları pozulur.
İllər ötdükcə belə uşaqlar fiziki inkişafına görə həmyaşıdlarından geri qalırlar.
Onların qaraciyər, dalaq, ürək və s. daxili orqanlarında və sümüklərində dəyişikliklər
baş verir. Böyük talassemiya xəstəliyi olan uşaqları müalicə etmək üçün onlara
ömürboyu hər ay qan köçürmək lazımdır. Ancaq bu özü də sonda xəstə uşaqda digər
problemlərin yaranmasına gətirib çıxarır. Belə müalicə alan uşaqların
orqanizmində
dəmirin miqdarı artır. Artıq dəmir xəstələrin daxili orqanlarında yığılır, bu isə, öz
növbəsində, daxili orqanların fəaliyyətini pozur. Bunun nəticəsində xəstələrdə ürək-
damar çatışmazlığı, qaraciyər xəstəliyi və endokrin pozğunluqlar meydana gəlir.
Buna görə də xəstələrin bədənində olan artıq dəmiri orqanizmdən xaric etmək üçün
xüsusi preparatlardan istifadə edilir.
Azərbaycanda talassemiya xəstəliyinin geniş yayılmasının başlıca səbəblərindən
biri qohum nikahlarıdır. Xəstəlik, əsasən, bu nikahlardan törənən övladlarda üzə çıxa
bilir.
Dostları ilə paylaş: