Zərərli vərdişlərin reproduktiv sağlamlığa təsiri. Reproduktiv sağlamlığa al-
koqol, nikotin və narkotik maddələr kimi zərərli vərdişlər mənfi təsir göstərir. Zə-
rərli vərdişlərə aludə olan hamilə qadınlarda alkoqolun, siqaretin və ya narkotik
maddələrin tərkibindəki zərərli maddələr dölün orqanizmində güclü dəyişikliklər
yaradır və nəticədə onun normal inkişafı ləngiyir. Bu zaman sinir hüceyrələrinin
formalaşması pozulduğundan müxtəlif çatışmazlıqlara malik fiziki və psixoloji
inkişafdan geri qalan uşaqlar dünyaya gəlir. Məsələn, hamilə qadının siqaret çəkməsi
zamanı qanın plasenta ilə axması zəifləyir. Nəticədə isə döl qida maddələri ilə az
təmin olunur. Bu səbəbdən də doğulan uşaq cılız, zəif və çəkisi az olur.