Narkotik maddələr bitki mənşəli maddələr və ya dərman preparatları olub güclü
psixi dəyişikliklərə gətirib çıxarır. Onların qəbulu insanda asılılıq yaradır: insan psixi
və fiziki cəhətdən narkotikdən asılı olur. Narkotik maddələrin qəbulu insan orqaniz-
mində pozğunluqlar yaradır. Onu qəddarlığa sövq edir, kəmağıllılığa səbəb olur.
Narkotik istifadəçisi olan insanlarda sifətin dərisi torpaq rəngi alır, dəri qırışır. İnsan
öz sağlamlığını qorumaq üçün sağlam həyat tərzi keçirməlidir.