İnsanın adət etdiyi qidalanma, əmək, istirahət və bu kimi gündəlik fəaliyyəti hə- yat tərzi adlanır. İnsan yalnız sağlam həyat tərzi keçirməklə öz sağlamlığını qoruya
bilir. Bunun üçün o, müəyyən gigiyenik qaydalara əməl etməklə bərabər, sağlam-
lığının möhkəmləndirilməsinin qayğısına da qalmalıdır. Bu qaydalara əməl etmə-
dikdə insanın sağlamlığı üçün təhlükə yaranır.
Etil spirtinin insan orqanizminə təsiri İşin gedişi: А. Rənglənmiş suya spirt əlavə edin. – Nə müşahidə edirsiniz? Bu təcrübəyə görə spirtin həll olaraq insanın qanına təsir
etməsi barədə hansı nəticəyə gələ bilərsiniz?
В. İçərisində yumurta ağı olan qaba spirt əlavə edin. – Nə müşahidə edirsiniz? Bu təcrübəyə əsaslanaraq spirtin orqanizmin zülallarına
(məsələn, fermentlərə) təsir etməsi barədə nə nəticə çıxara bilərsiniz?