Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün


Xəstəliklərə qarşı irsi meyillilik



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə282/307
tarix30.12.2021
ölçüsü3,92 Mb.
#18767
növüDərs
1   ...   278   279   280   281   282   283   284   285   ...   307
Xəstəliklərə qarşı irsi meyillilik.  Xəstəliklərə qarşı irsi meyillilik bəzən xarici 
mühitin təsirindən baş verə bilir. Məsələn, ağciyər xərçənginə meyilli  insanlarda bu 
xəstəliyin inkişafına siqaret çəkmək səbəb olur.  
Əgər  insan  zərərli  vərdişlərindən  əl  çəkərsə,  xəstəliklərə  qarşı  irsi  meyilliliyi 
zəifləyə və hətta itə bilər. İnsanlarda habelə diabet, hipertoniya, mədə yarası və s. 
xəstəliklərə qarşı irsi meyillilik də müşahidə olunur. 
Tibbi-genetik  məsləhətlər.  Dünyanın  inkişaf  etmiş  bir  çox  ölkələrində  tibbi-
genetik məsləhətxanalar  fəaliyyət göstərir. Belə məsləhətxanalar  gənc ailələrə irsi 
xəstəliklərə  malik  uşaqların  doğulması  riskinin  azaldılması  məqsədi  daşıyır.  Bu 
məqsədlə nəsil ağacının tərtibi, xromosom yığımının  öyrənilməsi, biokimyəvi və  s. 
tədqiqatlardan  istifadə  etməklə  müəyyən  məsləhətlər  verilir.  Belə  məsləhətlərə 
qohumlarında  oxşar  xəstəliklər  (məsələn,  ürək  qüsurları,  əqli  və  fiziki  cəhətdən 
geriqalma) olan gənc ailələr daha çox ehtiyac duyur.
 
 
 
 

Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin