Zərərli vərdişlər. İnsanın öz sağlamlığının pozulmasına yönələn fəaliyyəti zə- rərli vərdişlər hesab olunur. Onlar insanın şəxsiyyət kimi formalaşmasına mane olur.
Sağlamlığa əsas zərər vuran amillər – siqaret çəkmək, narkotiklərin və alkoqollu
içkilərin qəbul edilməsidir.
Siqaret tüstüsündə nikotin, dəm qazı, sinil turşusu, ammonyak, az miqdarda ra-
dioaktiv maddələr, üzvi turşular, qatran, zəhərli qazlar olur. Siqaretçəkmənin geniş
yayılmasının əsas səbəbi nikotinin sinir sisteminə oyandırıcı təsir göstərməsi hesab
olunur. Belə təsir insanda yanlış zövqverici hissiyyatın meydana gəlməsinə səbəb
olur ki, bu da siqaretdən asılılıq yaradır.
Nikotinin insan orqanizminə düşməsi zamanı, ilk növbədə, dilin dad reseptorları
sıradan çıxır. Siqaret çəkənlərdə ağızın və qida borusunun epitelisi zədələnir, diş mi-
nası saralır və onda çatlar əmələ gəlir. Siqaret çəkənlərdə damarların daralması
nəticəsində toxumalar qanla yaxşı təchiz olunmur. Uzun müddət siqaret çəkən
adamlarda qastrit və xoralar inkişaf edir.
Orqanizmə zərər vuran vərdişlərdən biri də spirtli içkilərə aludəçilikdir. Orqaniz-
mə düşən alkoqolun az miqdarı fermentlərin təsirindən parçalanır. Alkoqolun qanda
çoxlu miqdarda olması zamanı ondan daha çox zərərli kənar məhsullar ayrılır.
Alkoqolun təsirinə ən cox həzm sistemi orqanları məruz qalır. Nəticədə mədənin
qıcıqlanması səbəbindən çoxlu miqdarda mədə şirəsi ifraz olunur ki, bu da qastritin
yaranmasına gətirib çıxarır. Həzm sistemində alkoqolun təsirinə ən çox məruz qalan