DNT və RNT-də zülalın ilkin quruluşunu təşkil edən hər bir aminturşu barədə
məlumat 3 nukleotidin kombinasiyası nəticəsində yaranır və triplet adlanır.
DNT və m-RNT-si molekullarında zülalın ilkin quruluşu haqqında məlumatın
nukleotidlər şəklində uyğun ardıcıllıqla düzülmə qaydası genetik kod adlanır.
13 – Zülallar hansı quruluşa malikdir? – Nə üçün hər bir orqanizmin zülalı bir-birindən fərqlənir?
Zülallarda aminturşular ardıcıllığı • triplet • genetik kod A ç a r s ö z lə r
52
Cədvələ diqqətlə baxıb komplementarlıq prinsipinə əsaslanaraq boş xanalarda müvafiq
tripletləri qeyd edin. m-RNT-də valin və qlutamin aminturşuları hansı tripletlərlə
kodlaşdırılmışdır?