50
Lazım gəldikdə ADF-dən də bir ortofosfat turşusu qalığı qopa bilir və bu zaman
yenə də bir makroerqik rabitənin qırılması nəticəsində 40 kC enerji ayrılır və ADF
tərkibində bir ortofosfat turşusu qalığı olan
adenozinmonofosfata (AMF) çevrilir.
ATF molekullarında olan enerji ilə zəngin makroerqik rabitələr hesabına hüceyrə
enerji toplaya və lazım gəldikdə onu sərf edə bilir.
ATF-in hüceyrədə rolu. Hüceyrədə biosintez proseslərində hərəkət, istiliyin
əmələ gəlməsi, sinir impulslarının yaranması və digər həyati proseslərdə ATF ener-
jisindən istifadə edilir.
Dostları ilə paylaş: