Adenozintrifosfat turşusu (ATF). Hüceyrəni enerji ilə təmin edən üzvi mad-
dədir. ATF universal enerji mənbəyi hesab olunur. ATF kimyəvi tərkibinə görə nuk-
leotiddir. Onun tərkibini adenin azot əsası,
riboza (karbohidrat) və 3 ortofosfat turşusu qa-
lığı təşkil edir. ATF-də enerji, əsasən, ortofos-
fat turşusu qalıqlarının arasında olan və mak- roerqik rabitə adlanan kimyəvi rabitələrdə
toplanmışdır. ATF-də bir makroerqik rabitənin
qırılması zamanı bir ortofosfat turşusu qalığı
qopur və nəticədə 40 kC-a qədər enerji ayrılır.
ATF-də bir ortofosfat turşusu qalığının qop-
ması nəticəsində adenozindifosfat (ADF) yara-
nır. Bu birləşmə yenidən ATF-ə çevrilə bilir. ATF-in ADF-ə və ya əksinə çevrilməsi
hüceyrədə enerji hasil etmənin əsas mexanizmini təşkil edir.