ı
47
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
Ribosomlar (yun. “
soma” – bədən) membran quruluşu olmayan orqanoiddir. Hər
bir ribosom iki – böyük və kiçik hissədən ibarət olur. Ribosomların funksiyası zülal
sintez etməkdir. Zülal sintez etmək üçün onlar, adətən,
polisom adlanan qruplar
şəklində birləşirlər.
Hüceyrə mərkəzi bir-birinə perpendikulyar iki sentrioldan ibarətdir. Sentriollar
mikroborucuqlardan təşkil olunub. Hüceyrə mərkəzi hüceyrənin bölünməsi prose-
sində iştirak edir. Ali bitkilərin hüceyrələrində sentriollar olmur.
Dostları ilə paylaş: