İkimembranlı orqanoidlər. Bunlara mitoxondrilər və plastidlər aiddir. Mitoxon- dri (yun. “mitos” – tel, “chondrion” – dən, dənəvər) oval formalı orqanoiddir. Mito-
xondri öz DNT-sinə malik olduğundan ikiyə bölünmə yolu ilə çoxala bilir. Hüceyrə
tənəffüsündə iştirak edən mitoxondridə yaranan enerjinin müəyyən hissəsi kimyəvi
birləşmələr enerjisi şəklində ehtiyat halında saxlaya bilir. Bu enerjidən hüceyrənin
digər strukturları istifadə edirlər.
Plastidlər (yun. “plastidis”, “plastos” – formalaşmış, düzəldilmiş) – əsasən, bitki
hüceyrələrində rast gəlinən orqanoidlərdir.
Mitoxondri kimi öz xüsusi DNT-lərinə malik
olduqları üçün bölünmə yolu ilə çoxala bilirlər.
Plastidlərin 3 növünü ayırırlar: xloroplastlar,
leykoplastlar, xromoplastlar. Leykoplastlar