2. Düzgün variantı seçin: Fotosintez xloroplastlarda / leykoplastlarda baş verir.
Zülalları, yağları, karbohidratları parçalayan fermentlər ribosomlarda / lizosomlarda yerləşir.
Yağlar və karbohidratlar ribosomlarda / endoplazmatik şəbəkədə əmələ gəlir.
Zülallar, yağlar və karbohidratlar ehtiyat halında Holci kompleksində / ribosomlarda toplanır. Nüvəcik / Hüceyrə mərkəzi orqanoid deyil.
3. İfadələrin nömrəsini Venn diaqramının müvafiq hissələrində yerləşdirin. 1. DNT-yə malikdir.
2. Bəzi növləri ehtiyat qida maddələri toplaya bilir.
3. Bəzilərinin daxilində rəngli piqmentlər olur.
4. Bəzi növlərində fotosintez prosesi gedir.
5. İkimembranlı quruluşa malikdir.
6. Hüceyrə tənəffüsünü təmin edir.
7. Enerjini ehtiyat halında saxlaya bilir.
8. İkiyə bölünmə yolu ilə çoxala bilir.
Mitoxondri Plastidlər
4. Hansı hüceyrələrdə – prokariot, yoxsa eukariotlarda “vəzifə bölgüsü” problemi