48
C
ANLI ORQANİZMLƏRDƏ MADDƏLƏR MÜBADİLƏSİ
VƏ ENERJİ ÇEVRİLMƏLƏRİ
Ətraf mühitdən hüceyrəyə daim maddələr daxil olur və son parçalanma məh-
sulları kənar edilir. Bu,
maddələr mübadiləsi və ya
metabolizm (yun. “
metabole” –
çevrilmə) adlanır.
Maddələr mübadiləsinin əsasını anabolizm və katabolizm prosesləri təşkil edir.
Anabolizm (yun. “
anabole” – qaldırmaq) və ya
assimilyasiya (lat. “
assimilatio” –
birləşmək, mənimsəmək) hüceyrənin və orqanizmin toxumalarının struktur hissə-
lərinin yeniləşməsi – qurulması prosesləridir. Bununla əlaqədar olaraq anabolizmi
həm də
plastik mübadilə adlandırırlar (yun. “
plastikos” – yapmaq, düzəltmək). Ana-
bolizm prosesində xarici mühitdən daxil olan və ya ilkin sadə molekullardan mürək-
kəb molekulların biosintezi gedir. Nəticədə orqanizmə lazım olan zülallar, nuklein
turşuları, karbohidratlar sintez olunur. Orqanizmin böyüməsi dövründə anabolizm
daha intensiv gedir. Anabolizm zamanı yaranan birləşmələrdə enerji kimyəvi rabitə-
lər şəklində toplanır. Bu enerji hüceyrədə baş verən parçalanma, yəni
katabolizm
reaksiyaları nəticəsində ayrılan enerjidən əldə olunur.
Dostları ilə paylaş: