58
inkişaf edərək
yastılaşmış struktur –
qranlar əmələ gətirir. Qranlarda xlorofil və
başqa köməkçi piqmentlər yerləşir. Xlorofil piqmentinin sayəsində xloroplastlar
yaşıl rəngli olur.
Xloroplastın quruluşu
Fotosintezin fazaları. Fotosintezi işıq və qaranlıq fazası adlanan iki mərhələyə
ayırırlar.
Fotosintezin işıq fazası. Yarpağa düşən günəş işığının təsirindən qranlarda olan
xlorofilin elektronları həyəcanlanır. Fermentlər tərəfindən tutulmuş elektronların bir
hissəsi ADF-ə bir fosfat turşusu birləşdirməklə ATF əmələ gətirir:
ADF +F ATF
Elektronların digər hissələri suyun molekulyar oksigenə, hidrogen ionuna və
elektronlara parçalanmasında iştirak edir. Suyun parçalanması prosesi
fotoliz (yun.
“
fotos” – işıq, “
lizis” – parçalanma) adlanır:
2H
2
O 4e + 4H
+
+ O
2
Dostları ilə paylaş: