Çoxhüceyrəli orqanizmlər. Bitkilər, heyvanlar və göbələklərin əksəriyyətinin
bədəni çoxlu hüceyrədən və hüceyrəarası maddədən təşkil olunmuşdur. Onların bə-
dənlərini təşkil edən hüceyrələr qrupu müəyyən funksiyaları yerinə yetirməyə uy-
ğunlaşmışdır. Çoxhüceyrəlilərin bir çoxu üçün bir hüceyrədən – ziqotdan və ya
spordan başlayan fərdi inkişaf xarakterikdir. Qidalanma tiplərinə görə onlar avtotrof, heterotrof və miksotroflara bölünür. Avtotroflara yaşıl bitkilər, heterotroflara isə
əksər heyvanlar, göbələklər və xlorofilsiz bitki-
lər aiddir. Heterotroflar arasında saprofit (əksər
göbələklər) və ya başqa orqanizmin hesabına
yaşayaraq onlara zərər vuran parazitlər (lent-
şəkilli qurdlar, sorucu qurdlar və s.) mövcuddur.
Miksotroflar həm avtotrof, həm də heterotrof Dünya okeanının 10 641 metr dərinliyində
ksenofiofora adlanan nəhəng
birhüceyrəli yosunlar tapılmışdır. Bu yosunlar Marian çökəkliyinin işıq
düşməyən, oksigen çox az olan ən dərin nöqtəsində aşkarlanmışdır. Bu
canlıların diametri 10 sm-ə çatır.
Ksenofiofora yosununun sitoplazmasında bərabər paylanmış çoxsaylı
nüvələr var. Xarici görünüşünə görə də onlar diskşəkilli, tetraedr forma-
sında ola bilər.