3
83
• III fəsil •
Orqanizm tam bir sistemdir
•
mərhələ
yetişmə mərhələsi adlanır. İlkin cinsiy-
yət hüceyrələri meyoz yolla bölünürlər. Meyoz
zamanı ilkin dişi cinsiyyət hüceyrəsinin sito-
plazmasının qeyri-bərabər bölünməsi sayəsində
sonda bir böyük və üç kicik hüceyrə (yönəldici
cisimciklər) yaranır, kiçik hüceyrələr məhv
olurlar. Beləliklə, inkişaf edən ilkin dişi cin-
siyyət hüceyrəsi yalnız bir ədəd tam iri hücey-
rəyə başlanğıc verir ki, buna da coxlu miqdarda
ehtiyat qida maddəsi toplanmış olur. Sonradan
bu hüceyrə yumurta-hüceyrəyə çevrilir.
İlkin erkək cinsi hüceyrələrindən meyoz
nəticəsində eyni cür 4 hüceyrə yaranır ki, on-
lardan da spermatozoidlər yetişir.
Mayalanma. Ziqotun yaranması ilə nəticə-
lənən erkək və dişi qametin birləşməsi prosesi
mayalanma adlanır. Mayalanma spermatozoi-
din yumurta-hüceyrəyə daxil olması nəticə-
sində baş verir. Mayalanma prosesindən sonra
ziqot bölünməyə başlayır və diploid rüşeym
əmələ gəlir. Sonradan ondan yeni orqanizm formalaşır.
Cinsi çoxalmanın formaları. Əksər heyvanlarda, məsələn, bir çox sap qurd-
larda, ikitaylılarda, buğumayaqlılarda dişi və erkək orqanlar ayrı-ayrı fərdlərdə olur.
Bunlar
ayrıcınsli heyvanlar adlanır. Lakin yastı və həlqəvi qurdlar kimi bəzi hey-
vanlarda bir fərddə hər iki cinsiyyət orqanı olur ki, belə orqanizmlər
hermafrodit
adlanır.
Bəzi hallarda cinsi çoxalma zamanı mayalanma prosesi getmir. Lakin maya-
lanma getməmiş qametdən tam formalaşmış yeni fərd əmələ gəlir.
Mayalanma baş vermədən, qametdən yeni orqanizmin yaranması –
Dostları ilə paylaş: