80
Vegetativ çoxalma. Bəzi orqanizmlər bədən hissələri ilə çoxala bilirlər. Bu,
vege-
tativ çoxalma adlanır. Vegetativ çoxalma, əsasən, bitkilərdə müşahidə olunur. Bu
çoxalmadan kənd təsərrüfatında ana bitkilərin əlamətlərini saxlamaq və onlardan tez
bir zamanda nəsil almaq üçün istifadə edilir.
Süngərlər, bağırsaqboşluqlular, yastı qurdlar (planarilər), dərisitikanlılarda bəzən
bədəninin qopmuş hissələrindən tam orqanizm inkişaf edə bilir. Bu cür bədən his-
sələri ilə çoxalma
fraqmentasiya adlanır. Belə çoxalma, əsasən, oturaq həyat tərzi
keçirən orqanizmlər arasında daha çox rast gəlinir.
Tumurcuqlanma yolu ilə çoxalma. Maya göbələklərində, süngərlərdə və bağır-
saqboşluqlularda tumurcuqlanma yolu ilə çoxalmaya rast gəlinir. Bu zaman ana or-
qanizmin bədəninin müəyyən hissəsində tumurcuğabənzər şişkinlik yaranır. O, inki-
şaf edərək yeni orqanizmə başlanğıc verir.
Spor vasitəsilə çoxalma. Yosunlar, mamırlar, qıjıkimilər və göbələklər sporla
çoxalır. Sporlar qalın qılafla örtülmüş tək hüceyrədən ibarətdir. Uzun müddət əl-
verişsiz şəraitdə yaşaya bilir. Əlverişlişəraitə düşdükdə cücərərək yeni orqanizmə
başlanğıc verir.
Dostları ilə paylaş: