Əgər mamırlarda cinsi nəsil üstünlük təşkil edirdisə, qıjıkimilərdə o, cücərti şək-
lində olur. Toxumlu bitkilər müxtəlif sporlardan inkişaf edən ayrıcinsli qametofitlərə
malikdir. Mikrosporlar erkək cinsi hüceyrələrə, makrosporlar isə dişi cinsi nəslə
başlanğıc verir. Toxumlu bitkilərdə cinsi nəsil (qametofit) güclü reduksiyaya uğra-
mışdır.
Çiçəkli bitkilərdə erkək qametofit tozcuq dənəciyi olub erkəkcik tozluğunda ye-
tişir və mikrospordan əmələ gəlir. Yetişmə dövründə tozcuq dənəciyində iki nüvə –
vegetativ və generativ nüvə yaranır.
Dişi qametofit makrospordan yaranır və yumurtacığın içərisində yerləşən rüşeym
kisəsindən ibarətdir. Rüşeym kisəsində bir sıra bölünmələr baş verir. Nəticədə rü-
şeym kisəsində arasında yumurta-hüceyrə olan altı haploid hüceyrə və bir ədəd dip-
loid mərkəzi hüceyrə əmələ gəlir.