86
Ali bitkilərdə nəsil növbələşməsi. Ali sporlu bitkilərdə spordan haploid cinsi
nəsil inkişaf edir, cinsi nəsildə cinsiyyət hüceyrələri yaranır. Mamırlarda (quş ma-
mırında) cinsi nəsil yetkin bitkidir və uzun ömürlüdür. Bu səbəbdən mamırlarda cinsi
nəsil üstünlük təşkil edir. Qıjılarda və toxumlu bitkilərdə isə cinsi nəsil zəif inkişaf
edir və ömrü az olur. Belə ki, qıjıkimilərdə spordan cücərti inkişaf edir. Cücərti
rizoid vasitəsilə torpağa bərkiyir. Cücərtinin üzərində cinsiyyət hüceyrələri for-
malaşır. Mamırlarda və qıjıkimilərdə cinsi çoxalma su mühiti ilə sıx bağlıdır. Suyun
iştirakı ilə spermatozoid yumurta-hüceyrəyə doğru hərəkət edə bilir.
Dostları ilə paylaş: