3
87
• III fəsil •
Orqanizm tam bir sistemdir
•
Tozcuq borusunda generativ nüvə bölünərək iki erkək qameti – spermiləri əmələ
gətirir. Spermilərin qamçısı olmadığı üçün aktiv hərəkət edə bilmir. Tozcuq borusu
uzanaraq yumurtacığın tozcuq girəcəyi olan hissədə rüşeym kisəsinə birləşir. Bun-
dan sonra borunun ucu dağılır və hər iki spermi rüşeym kisəsinə daxil olur. Onlardan
biri yumurta-hüceyrə ilə birləşərək ziqot əmələ gətirir. Digər spermi isə mərkəzi hü-
ceyrə ilə birləşir və triploid (3n) endospermi əmələ gətirir. Belə mayalanma prosesi
ikiqat mayalanma adlanır. İkiqat mayalanma çiçəkli bitkilər üçün səciyyəvidir.
İkiqat mayalanma nəticəsində çiçəkli bitkilərin rüşeymləri ehtiyat qida maddələri
ilə təmin olunur ki, cücərən zaman bu maddələri sərf edir. Meyvəyanlığı toxumu
qoruyur və onların daha yaxşı yayılmasını təmin edir.
Dostları ilə paylaş: