84
g) ilkin dişi cinsiyyət hüceyrəsinin bölünməsi sayəsində,
sonda böyük hüceyrə və üç
kiçik yönəldici cisimcik yaranır.
2. Səhv cümlələri tapıb düzəliş edin.
A. Böyümə mərhələsində DNT-nin ikiləşməsi baş verir.
B. Həlqəvi qurdlar hermafrodit orqanizmlərə aiddirlər.
C. Mayalanma getmədən qametdən yeni orqanizmin yaranması partenogenez adlanır.
D. Yetişmə fazasında meyoz prosesi nəticəsində 3 yumurta-hüceyrə
və bir yönəldici
cisim əmələ gəlir.
E. Мeyozun ikinci bölünməsi zamanı ilkin erkək cinsi hüceyrədə eyni cür 4 hüceyrə
yaranır və onlardan spermatozoidlər formalaşır.
F. Partenogenezə yastı qurdlarda rast gəlinir.
G. Qametogenez nəticəsində diploid xromosom yığımlı
spermatozoidlər və yumurta-
hüceyrələr yaranır.
H. Ziqotun yaranması ilə nəticələnən erkək və dişi
qametin birləşməsi prosesi
qametogenez adlanır.
Dostları ilə paylaş: