90
Düzünə inkişaf tipində sürfə mərhələsi olmur və yetkin fərdə oxşayan orqanizm
meydana gəlir. Bu inkişaf tipi bir çox canlılar, məsələn, sürünənlər, quşlar,
məməli-
lər üçün səciyyəvidir. Sürünən və quşlarda yumurta-hüceyrə sarılıqla zəngin olur.
Rüşeymin inkışafı yumurtanın içərisində gedir. Onun qida maddələri ilə təmin
olunması yumurtada olan sarılığın hesabına baş verir. Plasentalı ali məməlilərdə
yumurta-hüceyrədə, demək olar ki, qida maddələri olmur. Rüşeymin qida maddələri
ilə təmin olunması ana orqanizmin hesabına həyata keçirilir. Bu səbəbdən də belə
inkişaf
bətndaxili inkişaf adlanır.
Dostları ilə paylaş: