Heyvanlarda dolayı inkişafın formaları Dolayı inkişaf tipində sürfə mərhələsi olur. Yumurtadan çıxan sürfə bir sıra
çevrilmədən sonra yetkin fərdə oxşayır. Sürfə mərhələsinin öz inkişafını tamam-
laması üçün yumurta-hüceyrə lazımi sarılığa malik olur. Dolayı yolla inkişaf suda-
quruda yaşayanlar, sifoid meduzaları, həşəratlar, bəzi başqa heyvanlar üçün səciy-
yəvidir. Bunlarda sürfə mərhələsi öz inkişafını həyata keçirmək üçün xüsusi uyğun-
laşma əlamətlərinə malik olur. Məsələn, qurbağa sürfəsi olan çömçəquyruğun suda
yaşamasını təmin etmək üçün axıcı bədən forması, qəlsəmə tənəffüsü, quyruq, yan
xətt orqanı xarakterikdir. Bunların köməyi ilə o,
suda üzə bilir. Sonra sürfə çevrilmələrə məruz
qalaraq uyğunlaşma əlamətlərini itirir və yetkin
qurbağaya çevrilir.
Bir çox heyvanlardan fərqli olaraq bitki-
lərdə orqan və toxumaların formalaşması təkcə
rüşeymin inkişafı dövründə deyil, həm də bütün
postembrional inkişaf zamanı davam edir.