Biokimyəvi kriteri – növləri biokimyəvi parametrlərinə, yəni zülal və nuklein
turşularının tərkibi və quruluşuna görə fərqləndirməyə imkan verir. Lakin bu kriteri
çox əziyyətli və qeyri-universal olduğu üçün öz geniş tətbiqini tapa bilməmişdir.
Bundan başqa, bəzən növ daxilində baş verən mutasiyalar (irsi dəyişkənliklər)
nukleotidlərin zəncirdən düşməsinə səbəb olur ki, bu da yeni zülalın və son nəticədə
yeni əlamətin yaranmasına gətirib çıxarır. Buna görə biokimyəvi kriteri bəzi hallarda
özünü doğrultmur.
Beləliklə, heç bir kriteri ayrı-ayrılıqda növün təyini üçün kifayət deyil. Ona görə
də növü müəyyənləşdirmək üçün bütün kriterilərin cəmindən istifadə etmək la-
zımdır.