Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə16/307
tarix30.12.2021
ölçüsü3,92 Mb.
#18767
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   307
CANLI 
ORQANİZMLƏRİN 
KİMYƏVİ TƏRKİBİ


 
 
19 
 
•   I  fəsil  •  
Canlı orqanizmlərin kimyəvi tərkibi  
• 
0,001%-dən  çox  olan  elementlər  makroelementlər,  0,001%-dən  0,000001%-ə 
qədər olanlar isə mikroelementlər hesab olunur.  
 
 
 
Makroelementlərə  oksigen, karbon, hidrogen, azot, 
fosfor, kalium, kükürd, xlor, kalsium, maqnezium, nat-
rium  dəmir  aid edilir. Bu elementlər hüceyrədə vacib 
rol oynayır. Məsələn, maqnezium xlorofilin, dəmir isə he-
moqlobinin  struktur  komponentidir.  Kalsium  və  fosfor 
sümük  toxumasının  hüceyrəarası  maddəsinin  yaran-
masında  iştirak  edərək  sümüklərə  möhkəmlik  verir. 
Bundan  başqa,  kalsium  qanın  laxtalanmasında  iştirak 
edən  amillərdən  biridir.  Sink,  mis,  yod,  flüor,  kobalt, 
selen  və  bu  kimi  elementlər  mikroelementlər  adlanır. 
Mikroelementlərin  miqdarca  az  olmasına  baxmayaraq 
onlar  hüceyrədə  baş  verən  maddələr  mübadiləsində 
mühüm  rol  oynayır.  Belə  ki,  sink  mədəaltı  vəzi 
hormonunun – insulinin tərkibinə daxildir. Yod isə orqa-
nizmin  maddələr  mübadiləsini  və  böyüməsini  tənzim-
ləyən qalxanabənzər vəzi hormonunun – tiroksinin əsas 
komponentlərindən biridir. 
Hüceyrədə kimyəvi elementlər ionlar, yaxud maddə-
lər şəklində orqanizmin qurulmasında iştirak edir. Məsə-
lən, karbon, hidrogen və oksigen karbohidrat və yağların 
tərkibinə  daxildir.  Zülallarda  bu  elementlərdən  əlavə, 
azot, kükürd, dəmir, maqnezium, yod və s. elementlər də 
olur. Su və natrium-xlorid kimi qeyri-üzvi maddələrə həm canlı, həm də cansızlarda 
rast gəlinsə də, üzvi birləşmələr, əsasən, canlı təbiət üçün səciyyəvidir.
 

Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin