24
H
ÜCEYRƏNİN ÜZVİ BİRLƏŞMƏLƏRİ:
KARBOHİDRATLAR, LİPİDLƏR
Canlı orqanizmlərin üzvi birləşmələrinə zülallar, yağlar, karbohidratlar, nuklein
turşuları, ATF və vitaminlər aiddir. Orqanizmdə üzvi birləşmələr bəzən kiçik, bəzən
isə iri molekul –
polimer şəklində olur.
Biopolimerlər. Polimerlər kiçikmolekullu birləşmələrdən –
monomerlərdən
əmələ gəlir. Əgər polimeri uzun bir zəncir kimi təsəvvür etsək, onun çoxlu sayda
təkrar olunan hər bir halqası monomerlərə uyğun gələcək. Bəzi polimerlər eyni növ,
digərləri isə müxtəlif növ monomer halqalarından təşkil olunur. Canlı orqanizmin
tərkibinə daxil olan polimerlər
biopolimerlər adlanır. Onlar bütün canlıların hücey-
rələrinin əsas hissəsini təşkil edir.
Dostları ilə paylaş: