2. Verilən açar sözlərdən istifadə edərək ifadələri tamamlayın: a) Növün bir-birindən tam və ya qismən təcrid olunmuş halda yaşayan fərd
qruplarını __ adlandırırlar.
b) Hər bir populyasiyanın özünəməxsus spesifik genotip yığımları, yəni __ olur.
c) Populyasiyaların bir-birinə qarışmamasının səbəbi onlar arasında müxtəlif __
olmasıdır.
d) Populyasiyalar növün __ daxilində müəyyən ərazini tuturlar.
e) __ prosesi populyasiyada genetik müxtəliflik yaradır.
Açar sözlər:genofond, təcrid, populyasiya, mutasiya, areal
3. Düzgün ifadələri seçin. 1) K.Linney öz təsnifat sistemində növü canlı təbiətin elementar vahidi kimi əsas
götürmüşdü.
2) Linney təbiətdə növlərin ilahi qüvvə tərəfindən yarandığını və dəyişməz
olduğunu göstərirdi.
1. İnternet resurslarından istifadə edərək “Canlı orqanizm populyasiyalarının sayına
insan fəaliyyətinin müsbət və mənfi təsiri. Tarixi faktlar və müasir dövr” mövzusu ilə
bağlı məlumat toplayın və məruzə hazırlayın.
2. Müvafiq ədəbiyyatdan və internet resurslarından istifadə edərək “Antik dünyada və
orta əsrlərdə təkamül ideyalarının inkişaf tarixi” mövzusunda plan üzrə elektron təq-
dimat hazırlayın:
Alim
Yaşadığı dövr
Ölkə
Elmi ideyaları
3. İnternet resurslarından istifadə edərək “Yer üzərində həyatın yaranması və canlı
orqanizmlərin çoxşəkilliliyi haqqında müasir elmi nəzəriyyələr” adlı referat yazın.
Mövzu ilə bağlı debat təşkil edin.