İctimai həyat tərzi. Əmək fəaliyyəti nəticəsində insanların ictimai həyat tərzinə keçdiyi güman olunur. Belə ki, cəmiyyət halında yaşamaq onların düşməndən birgə
qorunmasına və heyvanların asan ovlanmasına şərait yaradırdı. Onlar vulkan püs-
kürməsi zamanı meşə yanğınlarından od əldə edərək bişmiş qida ilə qidalanmağa
başlamışlar. Odda bişirilmiş qida ilə qidalanma meymunabənzər əcdadlarda iri çey-
nəmə əzələlərinin bitişdiyi əmgək çıxıntısının öz bioloji əhəmiyyətini itirməsi və
çeynəmə aparatının yüngülləşməsi, bitki qidasından qarışıq qidaya keçmək isə
bağırsağın qısalması ilə nəticələnmişdir.