Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə182/307
tarix30.12.2021
ölçüsü3,92 Mb.
#18767
növüDərs
1   ...   178   179   180   181   182   183   184   185   ...   307
ALİ SİNİR 
FƏALİYYƏTİ 
5


 
 
122 
 
verən oyanma və tormozlanma nəticəsində hissiyyat, 
təsəvvür və qavrayışların meydana gəlməsi və onlara 
qarşı insanda yaranan davranış hərəkətləri. İ.M.Seçe-
novun işlərini İ.Pavlov davam etdirmiş, şərtsiz və şərti 
reflekslər təlimini yaratmışdır. 
Şərtsiz  reflekslər.  İrsən  nəslə  ötürülür  və  insanın  ömrü  boyu  qalır.  Bu  ref-
lekslərin mərkəzi onurğa beynində, beyin kötüyündə və baş beyinin ağ maddəsində 
olan  boz  maddədən  ibarət  düyünlərdə  yerləşir.  Şərtsiz  reflekslərə  qida, müdafiə, 
cinsiyyət  səmt refleksləri aiddir. 
Qida refleksinə ağız suyu, mədə və bağırsaq  şirəsi ifrazı, çeynəmə, udma, yeni 
doğulmuş  uşaqda  əmmə  kimi  reflekslər,  müdafiə  reflekslərinə  asqırma,  öskürmə, 
qusma, gözqırpma və s. aiddir. 
Çoxalma  proseslərinin  əsasını  cinsiyyət  refleksləri  təşkil  edir.  Şərtsiz  refleks-
lərdən işıq və səs qıcıqlarına qarşı yaranan səmt refleksləri xüsusi əhəmiyyət kəsb 
edir. Səmt refleksləri sayəsində insan başını qıcıqlara doğru döndərir, gözlərini qıyır, 
əşyanı diqqətlə nəzərdən keçirir və s. Şərtsiz reflekslər orqanizmin daxili mühitinin 
sabitliyini təmin edir. 
Anadangəlmə davranış reflekslərinin daha mürəkkəb forması instinktlər adlanır.  
Fasiləsiz dəyişən mühit  şəraitində  şərtsiz reflekslərlə yanaşı,  hər bir orqanizmdə 
fərdi təcrübəyə əsaslanan  reflekslər də olur. Bunlar şərti reflekslər adlanır. 
 
 
 
 

Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin