122
verən oyanma və tormozlanma nəticəsində hissiyyat,
təsəvvür və qavrayışların meydana gəlməsi və onlara
qarşı insanda yaranan davranış hərəkətləri. İ.M.Seçe-
novun işlərini İ.Pavlov davam etdirmiş, şərtsiz və şərti
reflekslər təlimini yaratmışdır.
Şərtsiz reflekslər. İrsən nəslə ötürülür və insanın ömrü boyu qalır. Bu ref-
lekslərin mərkəzi onurğa beynində, beyin kötüyündə və baş beyinin ağ maddəsində
olan boz maddədən ibarət düyünlərdə yerləşir. Şərtsiz reflekslərə
qida, müdafiə,
cinsiyyət və
səmt refleksləri aiddir.
Qida refleksinə ağız suyu, mədə və bağırsaq şirəsi ifrazı, çeynəmə, udma, yeni
doğulmuş uşaqda əmmə kimi reflekslər, müdafiə reflekslərinə asqırma, öskürmə,
qusma, gözqırpma və s. aiddir.
Çoxalma proseslərinin əsasını cinsiyyət refleksləri təşkil edir. Şərtsiz refleks-
lərdən işıq və səs qıcıqlarına qarşı yaranan səmt refleksləri xüsusi əhəmiyyət kəsb
edir. Səmt refleksləri sayəsində insan başını qıcıqlara doğru döndərir, gözlərini qıyır,
əşyanı diqqətlə nəzərdən keçirir və s. Şərtsiz reflekslər orqanizmin daxili mühitinin
sabitliyini təmin edir.
Anadangəlmə davranış reflekslərinin daha mürəkkəb forması
instinktlər adlanır.
Fasiləsiz dəyişən mühit şəraitində şərtsiz reflekslərlə yanaşı, hər bir orqanizmdə
fərdi təcrübəyə əsaslanan reflekslər də olur. Bunlar
şərti reflekslər adlanır.
Dostları ilə paylaş: