123
• V fəsil •
Ali sinir fəaliyyəti
•
5
Ş
ƏRTİ REFLEKSLƏR. REFLEKSLƏRİN TORMOZLANMASI
Şərtsiz və şərti reflekslərin müəyyən edilməsi
Cədvəli dəftərinizə çəkin. Təklif olunan ifadələri cədvəlin müvafiq sütunlarında
yerləşdirin.
Şərtsiz reflekslər
Şərti reflekslər
...
...
...
...
1. Anadangəlmə olur. 2. İnsanın ömrü boyunca dəyişə və itə bilər. 3. Orqanizmi mühitin
dəyişməyən şəraitinə uyğunlaşdırır. 4. Refleks qövsü onurğa beynindən və ya beyin kötü-
yündən keçir. 5. İnsanın həyatı boyu dəyişmir və itmir. 6. Bir növə aid olan bütün canlılarda
eynidir. 7. Hər orqanizm üçün fərdidir. 8. Həyatı boyunca yaranır. 9. Orqanizmi mühitin
dəyişən şəraitinə uyğunlaşdırır. 10. Əli isti çaydandan çəkmək. 11. İnsanın öz adına cavab
reaksiyası. 12. Yeni doğulmuş körpənin döş əmməsi. 13. 6 aylıq uşağın içərisində süd olan
butulkaya cavab reaksiyası.
• Fikrinizcə, şərti reflekslər necə yaranır?
• Nə üçün onları “şərti” adlandırırlar?
Dostları ilə paylaş: