125
• V fəsil •
Ali sinir fəaliyyəti
•
5
ranır. Bu zaman qıcığın zərərli və ya faydalı olması ayırd edilir. Qıcığın təsiri müd-
dətində fəaliyyət dayanır. Məsələn, lampanı yandırdıqda itdə ağız suyu ifrazı baş
verir. Lakin bu zaman güclü zəng səsi eşidildikdə itdə səmt refleksi yarandığından
ağız suyu ifrazı kəsilir. Belə tormozlanma
xarici və ya
şərtsiz tormozlanma adlanır.
Şərti qıcıqlandırıcı şərtsiz qıcıqlandırıcı ilə möhkəmləndirilmədikdə yaranan şərti
refleks tədricən zəifləyir və sönür. Bu,
daxili və ya
şərti tormozlanma adlanır. Mə-
sələn, lampanı yandırıb bir neçə dəfə yemək vermədikdə itdə lampanın yanmasına
qarşı ağız suyu ifrazı dayanır. Lampa yenidən təsirsiz qıcıqlandırıcıya çevrilir. Buna
səbəb beyin qabığında qida və görmə mərkəzi arasında yaranan
müvəqqəti əlaqənin
qırılmasıdır. Lakin belə halda şərti refleks tam itmir. Əgər təcrübə təkrarlanarsa, ref-
leks yenidən bərpa olunur.
Beləliklə, şərti reflekslərin əmələ gəlməsi və tormozlanması sayəsində orqanizm
mühitin daim dəyişən həyat şəraitinə uyğunlaşır.
Dostları ilə paylaş: