Şərti reflekslər. İrsən nəslə keçmir. Bu reflekslərin yaranması üçün müəyyən
şərtlər – yəni təsirsiz qıcıqlandırıcı şərtsiz qıcıqlandırıcı ilə möhkəmləndirilməlidir.
Şərti reflekslərin mərkəzi beyin qabığında yerləşir. Bu reflekslərin öyrənilməsi üçün
itlər üzərində təcrübələr aparılmışdır. İtə yemək verdikdə (şərtsiz qıcıqlandırıcı) on-
da reflektor olaraq ağız suyu ifraz edilir. Lakin yeməkdən əvvəl onun qarşısında
lampa yandırdıqda (təsirsiz qıcıqlandırıcı) onda ağız suyu ifraz olunmur. Şərti
refleks yaratmaq üçün yemək verməzdən yarım dəqiqə əvvəl lampanı yandırırlar.
Proses bir neçə dəfə təkrar edildikdən sonra o, şərti qıcıqlandırıcıya çevrilir və itdə
lampanın yanmasına qarşı ağız suyu ifraz olunur. Lampanın yanması ilə əlaqədar
ağız suyunun ifrazına səbəb beyin qabığında görmə mərkəzi ilə qida mərkəzi
arasında “müvəqqəti əlaqə” deyilən əlaqənin yaranmasıdır.
Şərti reflekslər təlim nəticəsində formalaşır və insanı mühitin dəyişən şəraitinə
uyğunlaşdırır. İnsanın həyatı boyu bir çox mürəkkəb şərti reflekslər yaranır. Bunun nə-
ticəsində insan yeni hərəki bacarıqlara yiyələnir və
yeni davranış forması əldə edir. Belə hərəki şərti
refleksləri vərdişlər və ya avtomatlaşmış fəaliyyət adlandırırlar. Beləliklə, bizim davranışımız daxili
tələbatla, konkret xarici şəraitlə, şərtsiz və şərti
reflekslərlə idarə olunur.