128
konkret gerçəklikdən uzaqlaşdırır, nəticədə insanın nitqi mücərrəd təfəkkür vasi-
təsinə çevrilir. Mücərrəd təfəkkür ikinci siqnal sisteminin iştirakı ilə baş verir. Sözlər
vasitəsilə insanlar hər hansı bir prosesi təsvir etməyi, öz təəssüratlarını ifadə etməyi
və mücərrəd hadisələrdən obrazlar yaratmağı bacarırlar. Məsələn, siz “limon”
sözünü eşitdikdə onun sarı rəngli, şirəli və turş olduğunu təsəvvür edirsiniz. Bu
zaman ağzınız sulanır və çoxlu selik ifraz edirsiniz.
Nəticədə, insan sözlər vasitəsilə
əşya və hadisələri tam təsəvvür edir. Təfəkkür özündə analiz, sintez, mücər-
rədləşdirmə, ümumiləşdirmə, yaddaşda olan etalonla müqayisə və bu kimi bir sıra
əməliyyatları birləşdirir.
Dostları ilə paylaş: