• V fəsil • Ali sinir fəaliyyəti • 5 Heyvanların əşya və hadisələr arasında
qanunauyğunluqları duyaraq yeni şəraitdə tətbiq
etmək xüsusiyyəti düşüncəli fəaliyyət adlanır.
Orqanizmdə düşüncəli fəaliyyətin səviyyəsi sinir
sisteminin inkişaf dərəcəsindən asılıdır. Düşüncəli
fəaliyyət – ətraf mühitə uyğunlaşmanın ali formasıdır. Bunun vasitəsilə orqanizm
nəinki dəyişən həyat şəraitinə uyğunlaşır, o həm də bu dəyişikliyi əvvəlcədən
görərək öz davranışında nəzərə alır.
Nitq. Heyvanlar görmə, eşitmə, qoxu və dad, göz analizatorlarının, yəni birinci
siqnal sisteminin köməyi ilə ətraf mühitdə rast gəldikləri əşya və hadisələri duyurlar.
Lakin heyvanlardan fərqli olaraq insanlar bu məqsəd üçün həm də ikinci siqnal
sistemindən – nitqdən istifadə edirlər. Nitq əşya və ya hadisələri ifadə edən sözlərdən
təşkil olunmuşdur. Hər bir söz ətraf mühitdəki əşya və hadisələrin səslə ifadə edilmiş
siqnallarıdır. İnsan duyğu orqanları vasitəsilə qavradığı hər şeyi sözlə ifadə edir.
Nitq insanda anadangəlmə qabiliyyətdir. Lakin insan uşaq yaşlarından cəmiy-
yətdən təcrid edilərsə, danışa bilmir. Uşaq danışmağı 5–6 yaşına qədər öyrənir. Bu
vaxta qədər danışa bilmirsə, o, əqli inkişafdan qalır. Uşaqların gələcəkdə hansı dildə
danışmaları onun ətrafındakı adamların hansı dildə danışmasından asılıdır. İnsanda
nitq funksiyaları beyinin bir çox hissəsi ilə əlaqədardır. Şifahi nitqin formalaş-
masında sol yarımkürələrin alın payı, yazılı nitqin formalaşmasında isə gicgah və
təpə payları iştirak edir.
Şifahi və yazılı nitq insana digər insanlarla məlumatları bölüşməyə, öz biliklərini
sonrakı nəslə ötürməyə imkan verir.
Təfəkkür. Düşüncəli fəaliyyət insanda ən yüksək səviyyədə inkişaf edərək
təfəkkür şəklində özünü büruzə verir.
Təfəkkür – insanın əşya və hadisələrə qarşı münasibətlərini sözlər və obrazların
köməyi ilə digər insanlara təqdim etmək və ötürmək xüsusiyyətidir. Söz, təfəkkürü