2. Suallara cavab verin. Cavablarınızı əsaslandırın. A. İki uşaq yolda gedərkən baxdıqları filmi müzakirə edirdi. Gözləmədikləri anda
arxadan maşın siqnalı eşidildi. Uşaqlar arxaya baxmağı düşünmədən cəld yoldan
kənara çəkildilər. Uşaqlar bu hərəkəti şərti, yoxsa şərtsiz refleks nəticəsində etdilər?
B. Gecədir və otaqda qaranlıqdır. Siz oyanmısınız və vaxtı bilmək istəyirsiniz. Siz səhvə
yol vermədən elektrik açarının yerini müəyyən edirsiniz və işığı yandırırsınız. Sizin
elektrik açarına tərəf hərəkətiniz şərti, yoxsa şərtsiz refleksdir?
C. Çox vaxt kiçikyaşlı uşaqlar ağxalatlı insan gördükdə ağlamağa başlayırlar. Bu niyə
baş verir?
D. Vaxtilə dişlərini müalicə etdirərkən ağrı hissi keçirmiş insanlar stomatoloqun kabi-
netinə daxil olduqda rəngləri avazıyır, əlləri titrəyir və onları soyuq tər basır. Bunu
necə izah etmək olar?
E. Bəzən startda dayanan idmançı işarəni gözləyə bilməyərək qaçmağa başlayır. Belə
idmançıda tormozlanmanın hansı növü zəifləmişdir?