130
Yaddaş. İnsanın mərkəzi sinir sisteminin köməyi ilə fərdi məlumat toplamaq, onu
yadda saxlamaq və lazım gəldikdə istifadə etməklə səciyyələnən proseslər məcmusu
yaddaş adlanır. Yaddaşın formalaşmasında beyin qabığı iştirak edir. Onun xüsusi
mərkəzi yoxdur. Lakin qabığın alın və gicgah payı zədələndikdə yaddaş itir.
Müasir təsəvvürlərə görə, yaddaşla əlaqəli olan beyin şöbələri bir-biri ilə qapalı
zəncirlər sistemi ilə əlaqədardır. Belə zəncirlər sistemindən keçən sinir impulsları
buradakı sinir hüceyrələrində baş verən biosintez proseslərində dəyişikliklər yaradır.
Nəticədə yaddaşın izini daşıyan xüsusi maddələr əmələ gəlir. İmpulslar bu neyron-
lardan nə qədər çox keçərsə, bu maddələr bir o qədər çox yaranır. Bu səbəbdən
materialın yadda yaxşı qalması üçün o, daim təkrar olunmalıdır.
Dostları ilə paylaş: