129
• V fəsil •
Ali sinir fəaliyyəti
•
5
E
MOSİYALAR. YADDAŞ
Emosiyalar. İnsan ətraf aləmə və ya əşyalara qarşı daim öz hislərini təzahür et-
dirir. Bu, emosiyalar (lat. “
emoveo” – sarsılmaq, həyəcanlanmaq) adlanır. Emo-
siyalar olmasaydı, insanda sevinc, kədər duyğusu olmazdı.
Emosiyalar, adətən, iki
qrupa bölünür: müsbət (şənlənmək, sevinmək, şad olmaq, məmnun qalmaq) və
mənfi emosiyalar (qəm, qüssə, kədər, acıqlanmaq, qorxu, nifrət və s.). İstənilən
emosional vəziyyətlərdə bədəndə qan təzyiqinin artması, ürək döyüntülərinin
sürətlənməsi kimi dəyişikliklər yaranır. Nəticədə qanda bioloji fəal maddələrin
miqdarı artır. Emosiyalar yaradan belə reaksiyaların fizioloji rolu böyükdür. Belə ki,
bu zaman orqanizm öz qüvvəsini səfərbərliyə alır.
Hər bir emosiyalardan sonra ifadəli hərəkətlər olur. Bunlar emosiyaların yaratdığı
gərginliyi azaldır. İfadəli hərəkətlər nəticəsində səsin tonu, intonasiyası, insanın
yerişi, bədən vəziyyəti dəyişir. Belə halda insanın hansı emosional vəziyyətdə
olduğunu müəyyənləşdirmək mümkündür. İfadəli hərəkətlər etməklə də müvafiq
emosiyalar yaratmaq olur. Bunu artistin obraza girməsində görmək mümkündür. O,
qəhrəmanın obrazını yaratmaqla özü də həmin qəhrəmanın hislərini yaşayır və onda
müvafiq emosiyalar yaranır.
Bəzən valideynlər istənilən ifadəli hərəkətləri etməməsi üçün uşağın istəyini ye-
rinə yetirməyə çalışırlar. Növbəti dəfə uşağın arzusu yerinə yetməyəndə isə o, ifadəli
hərəkətlərini bilə-bilə artırır. Nəticədə uşaqda getdikcə ərköyünlük yaranır.
Emosiyaların yaranmasında böyük yarımkürələr qabığının alın və gicgah payı,
həmçinin ara beyin iştirak edir. Emosiyalar, əsasən, alın payı ilə idarə olunur.
Dostları ilə paylaş: