Yuxunu pozan amillər. Parlaq işıq, səs-küy, müxtəlif qoxular, daxili orqanlar-
dan gələn siqnallar (mədənin ac olması və ya sidik kisəsinin dolu olması kimi səbəb-
lər) yuxuya mane olan əsas səbəblərdir. Az hərəkət etmək, gün ərzində yorulmamaq
da yuxunu pozan amillərdən biridir. Yuxu pozulmasına səbəb olan digər amil müasir
həyatda informasiya vasitələrindən çoxlu məlumatların alınmasıdır.
Yuxunun gigiyenası. Sağlamlığının və iş qabiliyyətinin saxlanılması üçün insan
yuxunun müddəti və şərtlərinə qoyulan gigiyenik tələblərə əməl etməlidir. Yemək
ən azı yatmazdan iki saat qabaq yeyilməlidir. Ağır fiziki və zehni işlər gecəyə sax-
lanılmamalıdır. Yatmazdan qabaq açıq havada olmaq, ilıq vanna qəbul etmək, ən
əsası isə çox yeməmək məsləhət görülür.