Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə185/307
tarix30.12.2021
ölçüsü3,92 Mb.
#18767
növüDərs
1   ...   181   182   183   184   185   186   187   188   ...   307
Şərti  reflekslər.  İrsən  nəslə  keçmir.  Bu  reflekslərin  yaranması  üçün  müəyyən 
şərtlər – yəni təsirsiz qıcıqlandırıcı şərtsiz qıcıqlandırıcı ilə möhkəmləndirilməlidir. 
Şərti reflekslərin mərkəzi beyin qabığında yerləşir. Bu reflekslərin öyrənilməsi üçün 
itlər üzərində təcrübələr aparılmışdır. İtə yemək verdikdə (şərtsiz qıcıqlandırıcı) on-
da  reflektor  olaraq  ağız  suyu  ifraz  edilir.  Lakin  yeməkdən  əvvəl  onun  qarşısında 
lampa  yandırdıqda  (təsirsiz  qıcıqlandırıcı)  onda  ağız  suyu  ifraz  olunmur.  Şərti 
refleks  yaratmaq  üçün yemək  verməzdən yarım  dəqiqə  əvvəl  lampanı yandırırlar. 
Proses bir neçə dəfə təkrar edildikdən sonra o, şərti qıcıqlandırıcıya çevrilir və itdə 
lampanın yanmasına qarşı ağız suyu ifraz olunur. Lampanın yanması ilə əlaqədar 
ağız  suyunun  ifrazına  səbəb  beyin  qabığında  görmə  mərkəzi  ilə  qida  mərkəzi 
arasında  “müvəqqəti əlaqə” deyilən əlaqənin yaranmasıdır.  
Şərti  reflekslər  təlim  nəticəsində  formalaşır  və  insanı  mühitin  dəyişən  şəraitinə 
uyğunlaşdırır. İnsanın həyatı boyu bir çox mürəkkəb şərti reflekslər yaranır. Bunun nə-
ticəsində insan yeni hərəki bacarıqlara yiyələnir və 
yeni davranış forması əldə edir. Belə hərəki şərti 
refleksləri vərdişlər və ya avtomatlaşmış fəaliyyət 
adlandırırlar. Beləliklə, bizim davranışımız daxili 
tələbatla,  konkret  xarici  şəraitlə,  şərtsiz  və  şərti 
reflekslərlə idarə olunur. 
 

Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin