117
• IV fəsil •
Populyasiya. Növ
•
4
Dikyerimə nəticəsində insanda ağırlıq mərkəzi
arxa ətraf üzərinə keçərək orqanların nisbətini
kəskin surətdə dəyişmişdir. Bununla əlaqədar
döş qəfəsi yanlara doğru genişlənmiş, onurğa S-
varı əyilmiş, oma sümüyü möhkəmlənmişdir.
Ön ətrafların yerimə funksiyasından azad ol-
ması əllərin müxtəlif hərəkətlilik qazanmasına gətirib çıxarmış, əmək fəaliyyətinin
artması sosial amillərin güclənməsi ilə nəticələnmişdir.
Dostları ilə paylaş: