Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə172/307
tarix30.12.2021
ölçüsü3,92 Mb.
#18767
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   ...   307
3.  Düzgün cavabı müəyyən edin: 
1)  Mikrotəkamül nisbətən uzun/qısa tarixi dövr ərzində baş verir. 
2)  Mühit şəraiti dəyişdikdə/dəyişmədikdə  növ öz əcdadına nisbətən dəyişməz qalır.  
3)  Mikrotəkamül insan tərəfindən müşahidə edilə bilir/bilmir
4)  Həyat şəraitinin dəyişməsi nəticəsində populyasiya daxilində əlamətlərin 
ayrılması/yaxınlaşması prosesi divergensiya adlanır.  
5)  Mikrotəkamül cinsin/növün yaranması ilə başa çatır. 
 
 
 
 
Növəmələgəlmə
Coğrafi
?
№:
?
№:
?
№:
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN


 
 
116 
 
 İ
NSANIN FORMALAŞMASINA SOSİAL AMİLLƏRİN TƏSİRİ 
 
 
 
 
 
İnsanın təkamülünü göstərən şəkillərə əsasən suallara cavab verin. 
 
– İnsanın quruluşunda tədricən hansı dəyişkənliklər baş vermişdir? 
– Bu dəyişkənliklər nə ilə əlaqədar idi? 
– Onlar hansı nəticələrə gətirib cıxardı?
 
 
Bir neçə minillik ərzində ilk insanlardan müasir insanlar formalaşmışdır. İnsanın 
formalaşmasında  bioloji  amillərlə  yanaşı,  sosial  amillər  də  böyük  rol  oynamışdır. 
Sosial amillərə əmək, ictimai həyat tərzi, nitq və təfəkkür aiddir.  
Əmək.  İnsanın  formalaşmasında  başlıca  rol  oynayan  əməkdir.  Əmək,  əmək 
alətlərinin yaradılması ilə başlayır. Meymunlardan fərqli olaraq yalnız insan əmək 
alətləri  yarada  bilir.  Əmək  alətlərini  təkmilləşdirməsi  nəticəsində  insanda  bir  çox 
dəyişikliklər meydana gəlmiş və onun təbiətə təsiri güclənmişdir. Əməyin təsiri  ilə 
insanlarda  morfofizioloji  dəyişikliklər  baş  vermişdir.  Belə  dəyişikliklər  antropo-
morfozlar (yun. “antropos” – insan) adlanır.  
Antropomorfozların bir çoxu dikyerimə sayəsində meydana gəlmişdir. Dikyeri-
mənin  meydana  çıxmasının  insanın  inkişafında  mühüm  əhəmiyyəti  olmuşdur. 

Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin