Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə192/307
tarix30.12.2021
ölçüsü3,92 Mb.
#18767
növüDərs
1   ...   188   189   190   191   192   193   194   195   ...   307
127 
 
•   V  fəsil  •  
Ali sinir fəaliyyəti 
• 

Heyvanların  əşya  və  hadisələr  arasında 
qanunauyğunluqları  duyaraq  yeni  şəraitdə  tətbiq 
etmək  xüsusiyyəti  düşüncəli fəaliyyət  adlanır. 
Orqanizmdə  düşüncəli  fəaliyyətin  səviyyəsi  sinir 
sisteminin  inkişaf  dərəcəsindən  asılıdır.  Düşüncəli 
fəaliyyət – ətraf mühitə uyğunlaşmanın ali formasıdır. Bunun vasitəsilə orqanizm 
nəinki  dəyişən  həyat  şəraitinə  uyğunlaşır,  o  həm  də  bu  dəyişikliyi  əvvəlcədən 
görərək öz davranışında nəzərə alır.  
Nitq. Heyvanlar görmə, eşitmə, qoxu və dad, göz analizatorlarının, yəni birinci 
siqnal sisteminin köməyi ilə ətraf mühitdə rast gəldikləri əşya və hadisələri duyurlar. 
Lakin  heyvanlardan  fərqli  olaraq  insanlar  bu  məqsəd  üçün  həm  də  ikinci  siqnal 
sistemindən – nitqdən istifadə edirlər. Nitq əşya və ya hadisələri ifadə edən sözlərdən 
təşkil olunmuşdur. Hər bir söz ətraf mühitdəki əşya və hadisələrin səslə ifadə edilmiş 
siqnallarıdır.  İnsan duyğu orqanları vasitəsilə qavradığı hər şeyi sözlə ifadə edir.   
Nitq  insanda  anadangəlmə  qabiliyyətdir.  Lakin  insan  uşaq  yaşlarından  cəmiy-
yətdən təcrid edilərsə, danışa bilmir. Uşaq danışmağı 5–6 yaşına qədər öyrənir. Bu 
vaxta qədər  danışa bilmirsə, o, əqli inkişafdan qalır. Uşaqların gələcəkdə hansı dildə 
danışmaları onun ətrafındakı adamların hansı dildə danışmasından asılıdır.  İnsanda 
nitq  funksiyaları  beyinin  bir  çox  hissəsi  ilə  əlaqədardır.  Şifahi  nitqin  formalaş-
masında sol yarımkürələrin alın payı, yazılı nitqin formalaşmasında isə gicgah və 
təpə payları iştirak edir.  
Şifahi və yazılı nitq insana digər insanlarla məlumatları bölüşməyə, öz biliklərini 
sonrakı nəslə ötürməyə imkan verir.  
Təfəkkür.  Düşüncəli  fəaliyyət  insanda  ən  yüksək  səviyyədə  inkişaf  edərək 
təfəkkür şəklində özünü büruzə verir.  
 
 
 
Təfəkkür – insanın əşya və hadisələrə qarşı münasibətlərini  sözlər və obrazların 
köməyi ilə digər insanlara təqdim etmək və ötürmək xüsusiyyətidir. Söz, təfəkkürü 

Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin