“Mənim stress səviyyəm” Suallara cavab verərək qarşısında (+ və – ) işarələrini qoyun.
Son aylarda sən:
1. Məktəbdə yoxlama işi yazmısan.
2. Kiminləsə bərk mübahisə etmiş və yaxud
dalaşmısan.
3. Dərslərə və yaxud başqa yerlərə gecikmisən.
4. Səni həyəcanlandıran nəsə baş vermişdir.
5. Özünü tənha hiss etmisən, qəmlənmisən.
6. Sinif qarşısında çıxış etmisən.
7. Yeni gördüyün adamla qarşılaşmısan.
8. Valideynlərinlə münasibətlərində problemlər
yaşamısan.
9. Yarışlarda var qüvvənlə qalib gəlməyə
çalışmısan.
10. İşlərin hədsiz çox olmuşdur.
11. Dərslərinə hazırlaşanda problemlər olmuşdur.
12. Üzərinə düşən vəzifələri yerinə yetirə
bilməmisən.
13. Hər hansı bir işdə birinci olmalı idin.
14. Böyük bir tədbirin təşkilinə kömək etmisən.
15. Özünü itirmisən.
– Daha hansı amillər stressə gətirib çıxara bilər?