İrsiyyətin maddi əsası. Hər hansı bir əlamətin mey-
dana çıxmasına cavabdeh olan genlər xromosomlarda
yerləşir. Bunlar irsiyyətin maddi əsasını təşkil edirlər.
Normal halda insanın genləri 46 xromosomda yerləşir.
Bir nüvədə olan xromosom sayı kariotip adlanır. İnsan
kariotipində olan 46 xromosomdan 22 cütü autosom (qeyri-cinsi), 1 cütü isə cinsi xromosomdur. Autosom
xromosomlar kişi və qadında bir-birindən fərqlənməsə
də, bir cüt cinsiyyət xromosomları fərqlənir.
İnsanın xromosom yığımında hər bir xromosomun
özünə oxşar homoloji cütü olur. Homoloji xromosom-
ların eyni sahəsində bir əlaməti tənzimləyən alternativ
(bir-birinə əks olan) gen cütləri olur ki, bunlar da allel genlər adlanır.
Yalnız cinsiyyət xromosomları istisnalıq təşkil edərək
homoloji cütlər yaratmır. Homoloji cütlər yaratmayan
belə xromosomlar X və Y xromosomları adlanır.