Genotip və fenotip. Orqanizmin bütün genlərinin
cəmi genotip adlanır. Məsələn, müəyyən edilmişdir ki, insanın genotipində 60 minə
qədər gen mövcuddur.
Genotipdə olan genlər mühitin təsirindən müxtəlif əlamətlərin yaranmasında
iştirak edir. Əlamət orqanizmin təzahür olunan müəyyən xüsusiyyətidir. Orqanizmin
zahirən görünən əlamətlərinin cəmi fenotip adlanır. İnsanda fenotip əlamətlərinə
saçın rəngi, boyun uzunluğu, burunun forması və s. əlamətlər aiddir.
Dominant və resessiv əlamətlər. İnsanda (həmçinin məməlilərdə) mayalanma
zamanı erkək fərdin spermatozoidi dişi fərdin yumurta-hüceyrəsi ilə birləşir və ziqot
əmələ gəlir. Bu zaman xromosomlarda olan genlərin təsadüfi birləşməsindən müx-
təlif genetik kombinasiyalı əlamətlər meydana çıxır. 46 – Gen nədir? – Genin funksiyaları nədən ibarətdir?