Yaşar seyiDLİ, naiLƏ ƏLİyeva, xumar əHMƏDBƏYLİ Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə258/307
tarix30.12.2021
ölçüsü3,92 Mb.
#18767
növüDərs
1   ...   254   255   256   257   258   259   260   261   ...   307
• 
stress 
A ç a r   s ö z 


 
 
173 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

Qıcığa qarşı müqavimət göstərilməsi mərhələsində orqanizm müqavimət  göstə-
rir və nəticədə bilavasitə baş verən təhlükə  zəifləyir. Bu zaman streslərin təsirini dəf 
etmək üçün yüksək dərəcədə  uyğunlaşma qabiliyyəti əldə edilir. 
Orqanizmin zəifləməsi mərhələsində orqanizmin stressə qarşı müqaviməti azalır. 
Proses  stress uzun  müddət  davam  etdikdə  baş  verir.  Bu  mərhələdə  əsəbilik,  aydın 
olmayan həyəcan, tezyorulma, qıcıqlılıq, ruh düşkünlüyü, yuxusuzluq, başağrısı və bu 
kimi hallar müşahidə edilir. Lakin streslər heç də həmişə orqanizmə ziyan vurmur. 
Məsələn,  orta  dərəcəli  streslər  orqanizmin  daha  effektiv  fəaliyyətini  təmin  edir  və 
insan bədənini zəiflətmədən lazım olan məqsədə çatır. Zərərli streslər orqanizmin mü-
qavimətini zəiflədir, əhvalını pisləşdirir və xəstəliklərin inkişafına səbəb olur. Əgər 
orqanizmin dəyişən funksiyası öz əvvəlki səviyyəsinə tez qayıdırsa, stress hətta faydalı 
olur. Faydalı streslər orqanizmin imkanlarını səfərbər  edir, onun müxtəlif xəstəliklərə 
qarşı müqavimətini və mühitin dəyişən vəziyyətinə uyğunlaşmasını artırır.  
 

Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin