Əkizlik üsulu. Genealoji üsulla əlamətin dominant və ya resessiv olduğu müəy-
yənləşdirilsə də, mühitin bu əlamətlərə necə təsir göstərdiyini öyrənmək mümkün
olmur. Mühitin genotipə təsirinin müəyyən edilməsi üçün əkizlik üsulundan istifadə
olunur. Bu təsirlər bir və ya müxtəlif yumurta əkizləri üzərində öyrənilir və sonra
nəticələr analiz edilir. Əkizlik üsulu ilə sifətdə çilliliyin, barmaq izlərinin keçməsi,
infeksion xəstəliklərə meyillilik və bu kimi əlamətlər öyrənilmişdir.
47 – İnsan hansı xromosom yığımına malikdir? – Qadının və kişinin xromosom yığımı necə fərqlənir? – Uşağın cinsiyyəti nə zaman və necə müəyyən olunur?
Fəaliyyət Məsələni həll edin: • Ailənin irsiyyətində saçın bir hissəsinin ağ rəngli olması (“ağ çəng”) dominant əlamətinə
rast gəlinir (sxemə bax). Valideynlərin hansında “ağ çəng” olur? Uşaqların neçə faizində
bu əlamətə rast gəlinir. Niyə 5 və 7-ci fərdlərdə “ağ çəng” əlaməti olmur?