ı
51
• II fəsil •
Hüceyrə canlının quruluş və inkişaf vahididir
•
İ
RSİ MƏLUMATLAR VƏ GENETİK KOD
Canlının özünütörətmə, irsiyyət və dəyişkənlik kimi xassələri molekulyar səviy-
yədən başlayaraq meydana çıxır. Bu səbəbdən irsi məlumatların nəslə ötürülməsi
prinsipinin müəyyən edilməsi DNT molekulunun öyrənilməsindən sonra mümkün
oldu.
DNT və gen. İrsi məlumatların daşıyıcısı DNT molekuludur. Zülalın ilkin quru-
luşu barədə məlumatlar onun genlər adlanan müvafiq sahələrində saxlanılır.
Beləliklə,
gen (yun. “
genos” – mənşə, nəsil) bir zülal molekulunun ilkin quruluşu
barədə məlumat daşıyan DNT sahəsidir.
Genetik kod. Genlərdə sintez olunacaq bu və
ya digər
zülalın aminturşular ardıcıllığı barədə məlumatlar
saxlanılır. Bu məlumatlar sonradan komplementarlıq prin-
sipi əsasında m-RNT-yə köçürülür və nəslə ötürülür.
Dostları ilə paylaş: